01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

ABŞ-da qeyri-insani ölüm cəzası ilk dəfə ona verildi

05 yan 2024 00:00
GÜNDƏM
ads

ABŞ-da ilk dəfə olaraq edam cəzası azot inhalyasiyası ilə həyata keçiriləcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, azot qazı ilə edam ediləcək ilk məhbus 58 yaşlı Kennet Smit olacaq.

O, 1988-ci ildə sifarişli qətl törətməkdə təqsirli bilinib.

Edamın 2024-cü il yanvarın 25-də Alabama Ştat Penitensiarında həyata keçirilməsi planlaşdırılır. Məhkumun üzünə qaz balonuna qoşulmuş maska ​​taxılacaq.

BMT-nin dörd xüsusi məruzəçisi bəyanatda bu növ edamın beynəlxalq konvensiyaya zidd olduğunu bildirib.

Ekspertlər vurğulayıb ki, ABŞ hakimiyyətini azot qazından istifadə etməklə məhbusa qarşı qəddar, qeyri-insani və ya ləyaqətini alçaldan addım atır.

Qeyd edək ki, bu edam növü ilə məhbusa yalnız azotla nəfəs almağa icazə verilir, onu oksigendən məhrum edir. Hazırda ABŞ-ın üç ştatında bu cəza üsuluna icazə verilir, lakin praktiki olaraq heç vaxt istifadə olunmayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur