Rusiya Hava Hücumundan Müdafiə Sistemi Belqorod vilayətinin Novoskol şəhər rayonunun Serebryanka kəndi yaxınlığında iki təyyarə tipli pilotsuz aparatı vurub.
Publika.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib .
O bildirib ki, ilkin məlumatlara görə, can itkisi yoxdur.
"Şəxsi evlərdən birində tövlə yanır", - məmur yazıb.
O əlavə edib ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Hüseyn İbadlı