ABŞ-ın keçmiş prezidenti Donald Tramp varisi Co Baydenin builki seçkilərdə mübarizədən çəkiləcəyinə əmindir.
Publika.az xəbər verir ki, Tramp bu barədə “Fox News” müxbirinin müvafiq sualına cavabında bildirib.
"Şəxsən mən belə hesab edirəm ki, Bayden prezidentlik mübarizəsindən çəkiləcək”, - Tramp deyib.
Bu, Trampın Baydenin prezidentlik kampaniyasının son mərhələsinə çatacağına ilk şübhəsi deyil. Daha əvvəl siyasətçi Baydenin fiziki və əqli zəifliyinin seçki yarışının finiş xəttinə çatmasına imkan verməyəcəyini söyləmişdi.
Tural