29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Dopinqə görə cəzalandırıldı, bu şirkəti məhkəməyə verdi

17 fev 2024 12:00
İDMAN
ads
Advertisement

Dünyanın sabiq bir nömrəli qadın tennisçisi Simona Halep qida əlavələri istehsalçısını məhkəməyə verib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Halep 2022-ci ildə ABŞ Açıq çempionatında verdiyi test müsbət nəticə verdikdən sonra Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) tərəfindən dörd il müddətinə tennisdən uzaqlaşdırılıb. Onun qanında qadağan olunmuş roxadustat maddəsi aşkarlanıb.

Halep iddia edir ki, o, bunu yalnız Patrik Mouratoğlunun akademiyasında ona verilən pəhriz əlavəsində qəbul edə bilər. O, kənar maddə qəbul etmədiyini bildirir.

Mənbənin məlumatına görə, rumıniyalı qadın tennisçi Kanadanın "Quantum Nutrition" şirkətindən 10 milyon dollardan çox təzminat tələb edir. O hesab edir ki, qadağan olunmuş maddə onun bədəninə 2022-ci ildə qəbul etdiyi qida əlavəsi vasitəsi ilə daxil olub. Haleb qida əlavəsinin üzərindəki etiketdə roxadustat maddəsi ilə bağlı heç bir qeydin yerləşdirilmədiyini bildirir.

Heybət


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur