Rusiya Silahlı Qüvvələri Beloqorovka yaxınlığında Severski istiqamətində hücumlarını davam etdirib, yerli tabaşir zavodunu nəzarətə götürüb və karxanalar ərazisində döyüşlərə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov məlumat verib.
“12 möhkəmləndirilmiş ərazi, iki pulemyot nöqtəsi, ağ dağda yeddi mövqe, o cümlədən labirint və çuxurlar məhv edilib", - Çeçenistan lideri təfərrüatları bölüşüb.
Onun sözlərinə görə, tabaşir zavodunun özü Rusiya ordusunun nəzarətindədir.
O, Rusiya pilotsuz təyyarələrinin işi sayəsində Beloqorovka yaxınlığında döyüşən Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi baxımından ciddi itkilər verdiyini bildirib.
Tural