ABŞ prezidenti Co Baydenin hərəkətləri Birləşmiş Ştatların heç vaxt çıxa bilməyəcəyi nüvə müharibəsi riskini artırır.
Publika.az xəbər verir ki, bu fikirləri “Fox News” telekanalının efirində ABŞ prezidentliyinə yenidən namizədliyini irəli sürən Donald Tramp deyib.
"Bu, silahların, xüsusən də nüvə silahlarının gücünə görə ölkəmizin tarixində ən təhlükəli məqamdır. Liderimizə görə üçüncü dünya müharibəsi yaşamaq şansımız var”, o əlavə edib.
Bununla bağlı Tramp Rusiya prezidenti Vladimir Putin, Çin rəhbəri Si Tsinpin və Şimali Koreya lideri Kim Çen Inın “zehni baxımdan ən yaxşı vəziyyətdə” olduğuna əminliyini bildirib.
“Və onlar hazırda, ümumiyyətlə heç vaxt yaxşı vəziyyətdə olmayan biri ilə məşğul olurlar. Ölkəmizin nüvə müharibəsinə girməsini istəmirəm", - eks-prezident vurğulayıb.
O, Baydenin ABŞ üçün ən böyük təhlükənin iqlim dəyişikliyi olduğu fikri ilə razılaşmayıb: “Mənim üçün vacib olan yeganə qlobal istiləşmə nüvə silahları səbəbindən iqlim dəyişikliyidir. Çünki bu, realdır. Sabah o qədər dağıdıcı müharibə ola bilər ki, biz onun fəsadlarından heç vaxt özümüzə gələ bilmərik”.
Cəmilə