Kamçatkada 5,1 bal gücündə zəlzələ baş verib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.
Seysmik hadisənin episentri Petropavlovsk-Kamçatskidən 155 kilometr şimal-şərqdə, Kronotski körfəzində yerləşib.
"Zəlzələ dekabrın 2-də səhər saatlarında 58 km dərinlikdə baş verib", - məlumatda deyilir.
Departament qeyd edib ki, Petropavlovsk-Kamçatskinin bəzi ərazilərində yeraltı təkanlar 2 bal gücündə hiss olunub.
Ekspertlər sunami təhlükəsi elan etməyiblər.
Hüseyn İbadlı