Donald Trampın prezident seçiləcəyi təqdirdə sanksiya təzyiqlərinin artmasına və aktiv bazarında şoka hazır olmalıyıq.
Publika.az axar.az-a istinadən bildirir ki, bu barədə İran parlamentinin Araşdırmalar Mərkəzinin başçısı Babək Nigahdari deyib.
"Tramp prezident olsa, ABŞ Çini cilovlamaq istiqamətində səylərini artıracaq və nəticədə bu ölkədən İran neftinin alışı azalacaq", - Nigahdari xəbərdarlıq edib.