Qaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində keçirilən toyda qeydə alınıb.
Hadisə nəticəsində 1998-ci il təvəllüdlü Yamən Şıxəmirli bıçaqlanıb.
Hadisənin bəy - Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov tərəfindən törədildiyi məlum olub. Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Milli.Az