31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Toya hazırlaşanlara məyusedici xəbər

09 noy 2024 01:00
GÜNDƏM
ads
Advertisement

Mütəxəssislər ilin sonuna qədər qızılın 3 min dollar olacağını proqnozlaşdırırlar və qısamüddətli enişdən sonra artım gözləntisi üstünlük təşkil edir.

Bəs Azərbaycanda qızıl bazarında qiymətlərdə hər hansı dəyişiklik gözlənilirmi?

QÜTB.AZ xəbər verir ki, iqtisadçı Xalid Kərimli "Yenisabah"a açıqlamasında qızıl qiymətləri ilə bağlı suallara belə cavab verib:

"Bütün dünya üzrə qızıl qiymətlərində artım müşahidə olunur. Qızıl əmtəəsindən istifadə edilən bütün məhsulların qiymətlərinin qalxması gözlənilir. Dünya bazarında əmtəə birjalarında qızılın qiyməti qalxdıqca qızıl və zərgərlik məmulatları istehsal edən ölkələrdə bu məhsulların qiymətini artıracaqlar".

Xalid Kərimli ölkəmizə idxal olunan qızılın da qiymətində gözlənilən dəyişikliyi şərh edib:

"Azərbaycanda da idxal olunan qızıl məhsullarının qiyməti artacaq. Özümüzün də istehsal etdiyimiz zərgərlik məhsulları var ki, onların da qiymətlərində müəyyən dərəcədə artım gözlənilir".

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur