03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Fransız yazıçının insan dərisi ilə cildlənmiş kitabı ilə bağlı QƏRAR

30 mar 2024 02:00
GÜNDƏM
ads
Advertisement

Harvard Universiteti kitabxanalarından birində 90 ildən çoxdur saxlanılan qədim kitabın cildindən insan dərisinin çıxarıldığını açıqlayıb.

Publika.az universitetin saytına istinadən xəbər verir ki, söhbət XIX əsrə aid “Des Destinées de l'Ame” (“Ruhun taleyi”) kitabından gedir.

Universitet kitabın keçmiş uğursuzluqları daha da obyektivləşdirdiyini və insan ləyaqətinə xələl gətirdiyini bəyan edib.

Bildirilib ki, məsələ ilə bağlı Fransa səlahiyyətliləri ilə məsləhətləşmələr aparıldıqdan sonra kitabın cildi çıxarılıb.

Qeyd edək ki, fransız yazıçı Arsen Hussayenin qələmə aldığı, "ölümdən sonrakı həyat haqqında meditasiya" hesab edilən kitabın nüsxəsi 2014-cü ildə mərhum bir qadının dərisinə bürünmüş vəziyyətdə tapılıb. Harvard həmin vaxt bu kitabı "antropodermik bibliopegiya həvəskarları, bibliomanlar üçün yaxşı mənbə” adlandırıb.

Məlumata görə, kitabın ilk sahibi doktor Lüdovik Buland olub. O, dərini işlədiyi xəstəxanada ürək tutmasından vəfat edən, ruhi xəstə qadının bədənindən əldə edib. “İnsan ruhu haqqında bir kitab insan örtüyünə layiq idi”, - Buland Hussayeyə deyib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur