29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

İlham Əliyev seneqallı həmkarını təbrik etdi

04 apr 2024 17:00
RƏSMİ
ads

Azərbaycan Prezidenti İlham Əliyev Seneqal Prezidenti Bassiru Diomaye Fayeyə təbrik məktubu göndərib.


Qütb.az xəbər verir ki, məktubda deyilir:


"Hörmətli cənab Prezident,


Seneqal Respublikasının Prezidenti kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dost Seneqal xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram.


Azərbaycan-Seneqal dostluq əlaqələri xoş ənənələrə malikdir. Ölkələrimizin həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığı məmnunluq doğurur.


Müasir dövrdə hələ də davam edən neokolonializm siyasətinin aradan qaldırılması istiqamətində Sizin apardığınız qətiyyətli fəaliyyət təqdirəlayiqdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təsis olunmuş Bakı Təşəbbüs Qrupuna dəstəyiniz kolonializmə və onun yeni formalarına qarşı mübarizənin aparılması, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlarının qorunması və onların təbii hüquqlarının təmin edilməsi naminə səylərinizin bariz təzahürüdür.


İnanıram ki, Azərbaycan ilə Seneqal arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq məcrasında inkişafı, çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.


Bu xoş fürsətdən istifadə edərək Seneqal Respublikasının milli bayramı
– Müstəqillik Günü münasibətilə də Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram".


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur