Dünən səhər saatlarında Vladiqafqaz istiqamətində “Pantsir-1C” raket əleyhinə raketin yuxarı pilləsi düşüb.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Online Vladikavkaz" "Telegram" kanalı məlumat yayıb.
Bəzi məlumatlara görə, sözügedən raket Qroznının Şalinski rayonunda partlayıb. Hətta bu barədə yerli ictimai səhifələrdə, hökumətyönlü media da məlumat paylaşılıb. Lakin sonra Azərbaycana məxsus təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbərlər fonunda bütün məlumat sildirilib.
Raketin qalılqarının tapıldığı yerdə lentə alınan videonu təqdim edirik:
Hüseyn İbadlı