28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Bu ölkə TƏHDİD EDİLİR: "Hökumət öz dərisi ilə..."

08 avq 2024 23:00
GÜNDƏM
ads

Polşa hökuməti resQutb.az fermerlərinə Ukrayna taxılının tədarükünü dayandırmaq vədini yerinə yetirməyib.

QÜTB.AZ xəbər verir ki, bu barədə "TVP İnfo" məlumat yayıb.

Bildirilib ki, bu, ölkədə kütləvi etiraz nümayişlərinin yenidən başlaması deməkdir.

“Biz 100% payızda küçələrə çıxacağıq. Bunlar artıq əvvəlki kimi etiraz aksiyaları olmayacaq. Etirazları necə keçirəcəyimizlə bağlı planımız var ki, hökumət bunu öz dərisi ilə hiss etsin”, - fermer Borovyak izah edib.

O əlavə edib ki, fermerlərin narazılığına təkcə Ukraynadan taxıl tədarükü deyil, həm də kənd təsərrüfatı torpaqlarına qoyulan vergilərin artması səbəb olur. Borovyak vurğulayıb ki, Polşa Nazirlər Kabineti rüsumları 20%-dən çox artırıb, baxmayaraq ki, əvvəlcə bu tədbirlərdən imtina etməli idi.

Polşada fevral ayından yayına kimi fermerlərin etiraz aksiyaları keçirilib. Nümayişlər çərçivəsində fermerlər ölkəyə ucuz Ukrayna taxılının tədarükünü dayandırmağı tələb edib, Avropa İttifaqının yaşıl təşəbbüslərini tənqid edib və yerli təsərrüfatlara dəstəyin artırılmasını müdafiə ediblər.

Nümayişlər nəticəsində Ukraynadan taxıl idxalı məhdudlaşdırılıb və fermerlərə kömək məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Eyni zamanda nümayişlərin dayandırılmasına Polşa Nazirlər Kabinetinin təklifləri ilə yanaşı, əkin kampaniyasının başlanması da təsir edib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur