Türkiyənin 17 vilayətində bu ölkədə terrorçu sayılan Kürdüstan Fəhlə Partiyası ilə əlaqədə şübhəli bilinən 65 nəfər həbs edilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat verib.
Yanvarın 3-də Türkiyə polisinin bir həftə ərzində İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə şübhəli bilinərək 42 nəfəri həbs etdiyi bildirilib.
Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir il ərzində 3 mindən çox şəxa İŞİD-lə əlaqədə şübhəli bilinərək həbs edilib.
Adəm Abbaslı