Yanvarın 22-də Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə etiraz aksiyası başlayıb.
QÜTB.AZ xəbər verir ki, axşam saatlarında qanunvericilik binası qarşısına 1000-dən çox insan toplaşıb.
Etirazçılar Rustaveli prospektində yolun hərəkət hissəsini bağlayıb və nəqliyyatın hərəkətini tamamilə dayandırıblar. Bəzi iştirakçılar isə parlament binasının qarşısındakı piyadalar üçün ayrılmış ərazidə yerləşiblər.
Son bir neçə həftə ərzində olduğu kimi, aksiya dinc şəraitdə keçirilməkdədir.
Qeyd edək ki, etirazlar baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar prosesinin dondurulduğunu bəyan etməsindən sonra, noyabrın 28-dən başlayaraq intensivləşib.