01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Fransanı etirazlar bürüyüb: 160-dan çox bölgədə...

22 yan 2024 11:00
GÜNDƏM
ads

Fransanın 160-dan çox yerində hökumətin mübahisəli immiqrasiya qanununa qarşı nümayişlər keçirilib.

Publika.az xəbər verir ki, paytaxt Paris başda olmaq üzrə ölkə daxilində fərqli şəhərlərdə hökumətin mübahisəli miqrasiya qanuna etiraz edilib.

Parisin Trocadero meydanında başlayan nümayişə həmkarlar ittifaqları və “Yalmazlar” qatılıb. Mitinqdə Fransa Partiyasının(LFI) deputatları Mathilde Panot, Tomas Portes və Rachel Keke də iştirak ediblər.

Nümayişçilər hökumətdən “Mühacirlər çox deyil, deputatlar arasında irqçilər çoxdur”, “Biz burada doğulmuşuq, burada qalırıq” kimi şüarlar səsləndiriblər.

Qeyd edək ki, parlamentin 19 dekabr 2023-cü ildə təsdiqlədiyi immiqrasiya qanunu ölkədə yaşayan əcnəbilərə verilən kirayə dəstəyi və ailə müavinətlərini müəyyən iş şəraiti ilə əlaqələndirir.

Qanuna görə, işləyən əcnəbilər Fransaya gəldikdən 3 ay sonra, işləməyən əcnəbilər isə 5 ildən sonra kirayə dəstəyindən yararlana biləcəklər.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur