PSJ-nin prezidenti Naser Əl-Xəlaifiyə qarşı iyul ayında aparılan istintaqın təfərrüatları məlum olub.
Publika.az xəbər verir ki, həmin vaxt Fransa klubunun rəhbəri adam oğurluğunda iştirakda ittiham olunub.
“Mediapart”ın məlumatına görə, iyul ayında Qətərdə lobbiçinin oğurlanması ilə bağlı polisin Nasser Əl-Xəlaifiyə qarşı keçirdiyi əməliyyat zamanı PSJ prezidenti bir saat şəxsi təyyarəsində gizlənib.
Qətərin yüksək rütbəli rəsmiləri polisi hədələyərək Fransa nazirləri Katrin Kollen və Cerald Darmanenə zəng vurublar.
Daha əvvəl bildirilmişdi ki, Əl-Xəlaifi DÇ-2022-nin ev sahibliyi hüququnun Qətərə verilməsi ilə bağlı məlumatı olan 42 yaşlı lobbiçi Tayeb bin Abderrahmanın oğurlanmasında iştirakda ittiham olunurdu.