Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Bərdə-Ağdam avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markal minik avtomobili yolu keçmək istəyən Ağdam rayon sakini 30 yaşlı Samir Məhərrəm oğlu Niftəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Mercedes markalı minik avtomobili ilə piyadanı öldürən şəxs 1986-cı il təvəllüdlü Məhərrəmov Niyazalı Qorxmaz oğludur.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az