30.07.25 | Bakı 25.03° C |
10:06:25
Lent :

Ayxan Hacızadə İran səfiri ilə görüşdü 

30 iyl 2025 00:00
GÜNDƏM
ads

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

 

Qutb.az xəbər verir ki, görüşdə ölkələr arasında media sahəsində əməkdaşlığın inkişafı istiqamətləri müzakirə olunub.

 

Ayxan Hacızadə iki ölkənin Xarici İşlər Nazirliklərinin sözçüləri arasında qarşılıqlı əlaqələrin artmasına müsbət yanaşıb, Azərbaycanın İranla dostluq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.

 

Görüş zamanı həmçinin media nümayəndə heyətlərinin mübadiləsi və iki ölkənin xəbər agentlikləri arasında əməkdaşlığın artırılması diqqət mərkəzində olub.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
25.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur