16.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Moskvada Sarkisyana qarşı sui-qəsdi Ermənistan vətəndaşı törədib

04 fev 2025 17:00
GÜNDƏM
ads
Advertisement

Moskvanın şimal-qərbində yerləşən "Alıye Parusa" yaşayış kompleksində terror aktında şübhəli bilinənlər arasında Ermənistan vətəndaşı da var.

QÜTB.AZ xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, həmin şəxs "ArBat" batalyonunun (erməni batalyonu) təsisçisi, "DXR" Boks Federasiyasının prezidenti Armen Sarkisyan binaya gələn zaman “MON-50” minasını işə salıb.

Məlumata görə, A.Sarkisyan tütün məhsullarının ən böyük təchizatçılarından biri olub. Bu baxımdan iki versiya nəzərdən keçirilir: Ukrayna xüsusi xidmət orqanlarının iştirakı və tütün məhsulları bazarı uğrunda mübarizə.

Xatırladaq ki, dünən Rusiya KİV-ləri lift otağında naməlum qurğunun partladığını bildirmişdi. Hadisə nəticəsində bir nəfər həlak olub, beş nəfər xəsarət alıb. Sarkisyan xəstəxanaya yerləşdirilib, daha sonra aldığı yaralardan xəstəxanada ölüb.

Məlumata görə, Sarkisyan 2014-cü ildə Ukrayna hakimiyyəti tərəfindən beynəlxalq axtarışa verilib. O, həmin ilin aprelində Qorlovkada şəhər şurası və şəhər polis idarəsinin binasına hücumun təşkilatçılarından biri kimi tanınıb. 2018-ci ilin aprelində Ukrayna Baş Prokurorluğunun sorğusu əsasında Fransada saxlanılıb, lakin ekstradisiya edilməyib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur