"Aztelekom" xəbərdarlıq etmədən müştərinin abonentliyini dayandırıb? - AÇIQLAMA
Sumqayıtda 80 ədəd top mərmisi, xeyli sayda partlayıcılar aşkar edilib - FOTO
TARİXDƏ BU GÜN: "Hansınız Məlaləsiniz?"
Güllələrin belə susdura bilmədiyi qız
2012-ci il oktyabrın 9-da taliban silahlısı Pakistanın Svat rayonunda məktəb avtobusuna minərək "Hansınız Məlaləsiniz?Danışın,əks halda hamınızı güllələyəcəm" tələbini irəli sürüb.Daha sonra o,silahı 15 yaşlı Məlalə Yusəfzayın başına doğrultaraq tətiyi çəkib.Məlalə öz vətənində və bütün dünyada qadınları təhsilə çağıran gənc fəal kimi Pakistanda və bütün dünyada şöhrət qazanıb.Güllələnmədən möcüzəvi şəkildə sağalması və davam edən fəallığı onu açıq şöhrətə çatdırdı və o,2014-cü ildə 17 yaşında Nobel Sülh Mükafatı laureatı oldu.
Pakistanının Kiber Partunxva əyalətinin Mingora qəsəbəsində doğulan puşt əsilli feminist yazıçı,aktivist xanım,qadınların təhsil alması uğurunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmış ən gənc Nobel Mükafatı Lauretıdır.
Yusəfzay hazırda 26 yaşındadır və bütün dünya qadınları üçün işini davam etdirir.