Bu yaxınlarda pərəstişkarlarını musiqili filmi ilə sevindirən müənni Cennifer Lopez dünən Los-Ancelesdə Orpheum Teatrında böyük konsert proqramı ilə çıxış edib.
Publika.az xəbər verir ki, 54 yaşlı sənətçi konsertdə ilk dəfə yeni "This is Me... Now" albomundan mahnılar səsləndirib. Ulduzun konserti həmçinin "Apple Music Live"də onlayn yayımlanıb.
Səhnədə şouları ilə fırtına qoparan müğənninin geyimləri də diqqət çəkib. O, hər zaman olduğu kimi, bu dəfə də seksuallığını vurğulayan kostyumlar seçib. Onun xüsusilə qara dəri bodidə rəqsi gecəyə damğa vurub.