Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa ərizəsini Ali Radaya təqdim edib.
Publika.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin sədri Ruslan Stefançuk feysbuk səhifəsində məlumat verib.
Onun sözlərinə görə, müraciətə növbəti plenar iclasda baxılacaq.
Qeyd edək ki, Y.Laputina Kiyevdə anadan olub. Psixoloji və pedaqoji təhsil alıb. 1992-ci ildən Ukrayna Təhlükəsizlik Xidmətində (UTX) işləyib.
Ali Rada onu 2020-ci ilin dekabrında veteranlarla iş üzrə nazir təyin edib.