30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Süni intellekt insanın əl yazısını saxtalaşdırdı

18 yan 2024 10:00
GÜNDƏM
ads
Advertisement

BƏƏ-nin Mohamed bin Zayed Süni İntellekt Universitetinin (MBZUAI) mütəxəssisləri insan əl yazısını dəqiq surətdə köçürməyə imkan verən texnologiya hazırlayıblar.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Alimlər yazılı materialın bir neçə paraqrafı əsasında kiminsə əl yazısını təqlid edə bilən süni intellekt (AI) modeli yaradıblar. Onların hazırladıqları model ardıcıl məlumatların kontekstini və mənasını öyrənməyə qadirdir.

MBZUAI mütəxəssislərinin fikrincə, onların texnologiyası ən mühüm unikal xüsusiyyətləri də daxil olmaqla, konkret şəxsin əlyazmasını kifayət qədər dəqiqliklə saxtalaşdıra bilər. Tədqiqatın müəllifi Rao Muhammad Anver qeyd edib ki, yeni alətin potensialı böyükdür - o, həm həkimlərin əl yazısının deşifrə edilməsində, həm də fərdiləşdirilmiş reklamların yaradılmasında faydalı olacaq.

Eyni zamanda, OEA alimləri qeyd edirlər ki, texnologiya hücum edənlər tərəfindən istifadə edilə bilər. MBZUAI-nin dosenti Hişam Çolakkal vurğuladı: "Biz ictimai məlumatlılığı artırmalı və saxtakarlıqla mübarizə üçün alətlər hazırlamalı olacağıq".

Alimlər deyirlər ki, onların çox işi var. Belə ki, model artıq ingilis və fransız dillərində əlyazma mətnləri köçürməyi öyrənib, lakin hələ ərəb dilində mətni təhlil edə bilmir.

Əvvəllər Kolumbiya Universitetinin alimləri süni intellektin onlara barmaq izlərinin unikallığını təyin etməkdə yeni marker tapmağa kömək etdiyini bildiriblər. Bunun sayəsində barmaq izinin tanınmasının dəqiqliyi artıb.

Adəm


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur