29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Sülh yolunda aşılmaz maneə o idi

18 okt 2024 07:00
GÜNDƏM
ads

ABŞ kəşfiyyatı HƏMAS lideri Yəhya Sinvarın izlənilməsində və yerinin müəyyənləşdirilməsində İsrailə kömək edib.

QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Baydenin Ağ evin saytında yayılan bəyanatında deyilir. Onun sözlərinə görə, HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə gerçəkləşdirdiyi hücumdan sonra o, xüsusi təyinatlılara və kəşfiyyat üzrə mütəxəssislərə Y.Sinvar və digər HƏMAS liderlərini tapmaq və izləmək üçün israilli həmkarları ilə birlikdə işləmək tapşırığını verib.

Baydenin sözlərinə görə, ABŞ HƏMAS liderinin fəaliyyətini Yaxın Şərqdə sülhün əldə olunması yolunda aşılmaz maneə kimi görürdü.

“Bu maneə artıq yoxdur. Lakin qarşıda görülməli hələ çox işlər var. DNT testi göstərir ki, Sinvar ölüb. Bu, İsrail, ABŞ və bütün dünya üçün yaxşı gündür”,- deyə Prezident əlavə edib.

ABŞ lideri Y.Sinvarın ölümünü 2011-ci ildə Usama ben Ladenin ölümü ilə müqayisə edib.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur