"Bayern" baş məşqçisi Tomas Tuxelin cari mövsümün sonunda komandadan göndəriləcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Münhen təmsilçisi mütəxəssislə 30 iyun 2025-ci ildə başa çatması nəzərdə tutulan əməkdaşlığa xitam vermək qərarına gəlib. Tuxel bu mövsümün sonunda "pivəçilər"i tərk edəcək.
Xatırladaq ki, Tomas Tuxel 2023-cü ilin martından “Bayern”i çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümündə Bundesliqanın qalibi olub.
Hazırda Münhen klubu Bundesliqanın 22 turundan sonra lider "Bayer"dən 8 xal geri qalaraq, 2-ci pillədə qərarlaşıb. Ölkə kubokunda mübarizəni erkən dayandırmaqla yanaşı, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda "Latsio"ya uduzub - 0:1. Komanda bütün turnirlərdə keçirdiyi son 3 matçda məğlub olub.
Heybət