05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Tramp ordunu nəzarətə götürdü: kritik qərarlar qəbul etdi

28 yan 2025 17:00
DÜNYA
ads

ABŞ prezidenti Donald Tramp ordu ilə bağlı yeni qaydaları ehtiva edən dörd sərəncam imzalayıb.

QÜTB.AZ xəbər verir ki, sərəncama əsasən, COVID-19-a qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün ordudan uzaqlaşdırılan və bərpa olunmasını tələb edən bütün hərbi qulluqçular yenidən orduya qoşula biləcəklər.

Beləliklə, 2021-2023-cü illər arasında ordudan tərxis olunan 8 mindən çox əsgər əvvəlki rütbələrini geri ala biləcək.

“Birincis sərəncam Trampın əvvəlki çıxışlarında ifadə etdiyi peyvənd tələbi səbəbiylə işdən çıxarılan hərbçilərin vəzifəyə qayıtmasına icazə verir. İkincisi, Amerika “Dəmir Qübbəsi”nin inkişaf prosesini təyin edən bir qərardır. Üçüncü sərəncam orduda gender radikalizminin aradan qaldırılması ilə bağlıdır. Dördüncü isə, ordunun müxtəliflik, bərabərlik və inklüziv (DEI) ofislərinin ləğvini ehtiva edir”, - deyə Ağ Evin baş katibi Uill Şarf bildirib.

Qeyd edək ki, sərəncamda transseksual əsgərlərlə bağlı yeni siyasət müəyyən ediləcək. Lakin hələlik sözügedən əsgərlərin orduda xidmət etməsinə qadağa qoyulmayıb.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur