Ketçup, xardal və digər souslar istehsalçısı olan "Hellmann's" mayonez qoxulu ətir buraxıb.
QÜTB.AZ həbər verir ki, bu yeni ətir "Will Levis No. 8" adlanır.
Yeni ətirdə turş limon, müşk, qəhvə, vanil notları “mayonez akkordu” ilə birləşir.
Ətirin səfiri kimi yeni məhsulun adını daşıyan amerikalı futbolçu Uill Lyuis çıxış edib.
Keçən il sosial şəbəkələrdə onun qəhvəsinə "Hellmann's"ın mayonezini qatdığı videosu yayılıb. Daha sonra idmançı videonu zarafat üçün çəkdiyini və belə içki içmədiyini etiraf edib. Bununla belə, o, yenə də mayonez reklamını davam etdirməyə dəvət edildi, lakin fərqli bir formada.
"Will Levis No. 8" hazırda 8 dollara satılır. Göründüyü kimi, ətir məşhur olub: rəsmi internet saytında bütün partiyanın artıq satıldığı bildirilir.
Hüseyn İbadlı