ABŞ-ın qəhvə nəhəngi "Starbucks"a qarşı iddia qaldırılıb.
Publika.az xəbər verir ki, bütün dünyada boykot edilən qəhvə nəhənginə qarşı ABŞ Milli İstehlakçılar Liqasından (NCL) yeni iddia qaldırılıb. NCL "Starbucks"ın müştəriləri aldatdığını qeyd edərək, qəhvə və çayı yalan və aldadıcı şəkildə əldə etdiyini söyləyib.
Açıqlamada "Starbuck"sın fermalardan satın aldıqları məhsullar ilə bağlı məlumat paylaşmadığı iddia edilib.
NCL-in baş direktoru Sally Greenberg istehlakçıların nə üçün pul ödədiklərini bilmək hüququ olduğunu bildirib. Liqanın aldadıcı tətbiqləri ifşa etməkdə və "Starbucks"ı iddialarına görə məsuliyyətə cəlb etməkdə qərarlı olduğu qeyd olunub.
"Starbucks" cinsi təcavüz və uşaq əməyi qalmaqalları ilə də gündəmə gəlib.
Roza