"Bayern"in hücumçusu Tomas Müller daha Almaniya millisində oynamamaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
34 yaşlı futbolçunun özü də millidəki karyerasını başa vura biləcəyini etiraf etmişdi. O, bunu Almaniyanın Avro-2024-ün 1/4 final matçında İspaniyaya (1:2) məğlub olaraq turnirlə vidalaşmasından sonra deyib.
Müller Almaniya millisində 2010-cu ilin martında debüt edib. O vaxtdan bəri 131 oyuna çıxıb və 45 qol vurub. Komanda ilə birlikdə 2014-cü ildə dünya çempionatının qalibi olub.
Heybət