02.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Əfsanə Avro-2024-də oynamaq üçün plan qurdu: Bu addımı atacaq

08 yan 2024 20:00
İDMAN
ads

İtaliya millisinin müdafiəçisi, hazırda “Union Berlin”də çıxış edən Leonardo Bonuççi “Cenoa”nın futbolçusu ola bilər.

Publika.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Nikolo Şira məlumat verib

Mənbənin sözlərinə görə, “Fənərbağça”dan təklif gəlsə də, 36 yaşlı müdafiəçi A Seriyasına qayıtmaqda maraqlıdır. Bonuççi bununla İtaliya millisinin Avro-2024 üçün heyətinə düşəcəyinə ümid edir.

Qeyd olunur ki, “Cenoa” təcrübəli mərkəz müdafiəçisini transfer etməyə çalışır. İtaliya klubunun rəhbərləri “Union”dan futbolçu ilə bağlı transfer məlumatı istəyib.

Xatırladaq ki, Bonuççi keçən yay azad agent kimi “Yuventus”dan “Union”a keçmişdi. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 10 oyun keçirib və bir qol vurub. Futbolçunun Berlin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 1,5 milyon avrodur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur