Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Publika.az xəbər verir ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Qarabağ" "Braqa"nı qəbul edəcək. Səfərdə inamlı qələbə qazanan Qurban Qurbanovun rəhbərlik etdiyi komanda doğma azarkeşlər önündə üstünlüyünü qorumağa çalışacaq. Ağdam təmsilçisi, bunu reallaşdırsa, Avrokubokların pley-off mərhələsində mərhələ adlayan ilk təmsilçimiz olacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
UEFA Avropa Liqası: Pley-off mərhələsi, cavab oyunu
22 fevral
21:45 Qarabağ - Braqa (İlk oyun - 4:2)
Baş hakim: Georgi Kabakov (Bolqarıstan)
Tofiq Bəhramov adına Respublika stadionu
Heybət