Havana Elektrik Şirkəti ölkənin elektrik şəbəkəsində növbəti nasazlıq barədə məlumat yayıb.
QÜTB.AZ xəbər verir ki, təşkilatın oktyabrın 19-da səhər saatlarında dərc edilmiş bildirişində qeyd edilib ki, yerli vaxtla saat 06:15-də Milli Elektrik Enerjisi Sistemi yenidən tam dayandırılıb.
Fövqəladə bərpa işləri saat 03:00-dan sonra başlayıb, bir sıra ərazilərdə elektrik enerjisinin verilişinin bərpa olunduğu açıqlanıb.
"Partiya və hökumət paytaxtın enerji təchizatının bərpası prosesini yaxından izləyir", - son məlumatda deyilir .
Cümə günü, oktyabrın 18-də Kubanın ən böyük istilik elektrik stansiyası olan "Antonio Guiteras" sıradan çıxıb və adada işıqların kəsilməsinə səbəb olub.
Hüseyn İbadlı