37 yaş fərqi olan cütlük uşaq sahibi olmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” yazıb.
62 yaşlı Şeril Makqreqor və onun sevgilisi, 25 yaşlı Kuran Makkeyn “TikTok” platformasında yerləşdirməyə başladıqları qeyri-adi münasibətləri haqqında videolar sayəsində populyarlıq qazanıblar.
Ən son videolardan birində cütlük nə qədər “fast food” yeyə biləcəklərini nümayiş etdiriblər. Qadının qəfildən ağzından süni dişlərini çıxararaq izləyicilərini şoka salıb.
"Beləliklə, yemək üçün dişlərimi çıxaracağam", - Makqreqor deyib. Makqreqorun 17 nəvəsi var və onun böyük oğlu indiki ortağından yaşlıdır. Buna baxmayaraq, bir müddət əvvəl o və Makkeyn surroqat ananın köməyi ilə uşaq dünyaya gətirmək niyyətində olduqlarını bəyan ediblər. Hətta bu rola namizəd də tapıblar və tibbi prosedurlara təxminən yeddi min funt sterlinq xərcləyiblər, lakin qadın sonradan təklifdən imtina etdi. Makkeyn və Makqreqor təslim olmamaq qərarına gəlib və yeni surroqat ana axtarırlar. Abunəçilər cütlüyə övladlığa götürməyi düşünməyi təklif edirlər, lakin onlar öz uşaqlarını istədiklərini bildirirlər.
Tural