Ermənistan Xarici İşlər Nazirliyi Rusiyaya etiraz notası göndərib.
Publika.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Ermənistanın yüksək texnologiyalar naziri Mxitar Ayrapetyan bildirib ki, buna səbəb Rusiyanın televiziya yayımı standartlarını pozmasıdır.
“Rusiya ilə kütləvi kommunikasiyalar sahəsində əməkdaşlığa dair dövlətlərarası saziş çox güman ki, təkmilləşdirilməlidir və ya redaktə edilməlidir. İki ölkənin səlahiyyətli rəsmiləri arasında müzakirələrdən iki ay sonra yenidən qanun pozuntusu qeydə alınıb”, - nazir vurğulayıb.