04.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Gürcü keşiş şortik geyinən qızla bağlı belə QƏRAR VERDİ

02 iyl 2024 15:00
GÜNDƏM
ads
Advertisement

Gürcüstanda keşiş qasırğadan qaçmağa çalışan şortikli qızı məbədə buraxmaqdan imtina edib.

Publika.az xəbər verir ki, bu barədə keçmiş amerikalı jurnalist, hazırda bələdçi kimi çalışan Pol Rimpl "Facebook" səhifəsində mılumat verib.

Həmin şəxsin sözlərinə görə, hadisə iyunun 25-də ölkənin şərqindəki Alaverdi şəhərində baş verib. O, bir qrup turistlə birlikdə Alaverdi məbədi kimi tanınan Müqəddəs Georgi monastırını və kafedralını ziyarət edib. Səyyahlar kilsənin yaxınlığındakı üzüm bağlarında gəzərkən qasırğa baş verib və orada sığınacaq axtarmağa qərar veriblər. Qadın turistlərdən biri şortik geyinib və onun xarici görünüşü keşişin xoşuna gəlməyib. O, pis hava şəraitinə baxmayaraq, qızı içəri buraxmaqdan imtina edib.

"Qasırğa bizə tərəf gəlirdi, ona görə də biz ön qapıya tərəf qaçdıq. Maşınları aşıraraq, işarələri sındıraraq və kilsənin damını sökərək ötüb keçərkən küncdə sıxışdıq. Bizimlə qalanlar son ana qədər dayanıb baş verənləri seyr etdilər. Bəziləri kilsəyə qaçdılar. Digərləri yerində qaldılar", - o əlavə edib.

Məlumata görə, Alazani vadisini bürüyən qasırğa məbədin günbəzinə ziyan vurub, ağacları kökündən çıxarıb və avtomobilləri aşırıb. Bununla belə, heç kim xəsarət almayıb.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur