İsrailin baş naziri Netanyahunun oğlu müstəqil Kürdüstan üçün Yaxın Şərqdə böyük müharibəyə başlamağı təklif edib.
Publika.az xəbər verir ki, Yair Netanyahu müvafiq postu “İnstaqram” səhifəsində dərc edib.
“Bütün gözlər Kürdüstanda! Türkiyə tərəfindən kürd xalqının soyqırımına son qoyulsun! Türkiyə, İran , İraq və Suriya tərəfindən Kürdüstanın işğalına və repressiyalarına son qoyulsun! Azad Kürdüstan!” - o, Azərbaycan, Türkiyə, Gürcüstan, İraq, İran və Suriya ərazilərinin daxil olduğu təklif edilən Kürdüstanın əlavə edilmiş xəritəsinin altında yazıb.
Tural