29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Makron impiçmentlə HƏDƏLƏNDİ

18 avq 2024 06:00
GÜNDƏM
ads

İfrat solçu “Fəth edilməmiş Fransa” partiyası resQutb.aznın 5 prezidenti Emmanuel Makrona qarşı impiçment prosedurunu başlatmağa hazırdır.

QÜTB.AZ xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Partiya qeyd edib ki, onlar prezidentin demokratiyanın əsas qaydasına məhəl qoymamaq cəhdinə göz yummaq niyyətində deyillər.

"Hhər şey xalqın səsi ilə müəyyən edilir", - bəyanatda deyilir

Siyasi qüvvələr Fransa liderini demokratiyaya xəyanətdə və öz namizədini yeni baş nazir təyin etməkdən imtina etdiyinə görə institusional çevrilişdə ittiham ediblər.

“Fəth edilməmiş Fransa” Makronu tutduğu vəzifədən məhrum etmək üçün bütün konstitusiya vasitələrindən istifadə etməklə hədələyir.

Telekanal qeyd edib ki, “Fəth edilməmiş Fransa” parlament seçkilərində qalib gələn solçu qüvvələr blokunun bir hissəsidir.

Vurğulanıb ki, buna baxmayaraq, Makron hökuməti idarə etmək üçün parlamentdə kifayət qədər dəstək qazana bilməyəcəyini nəzərə alaraq, partiyanın baş nazirliyə namizədini dəstəkləmir.

"Dövlət başçısının qərarı demokratiyaya qarşı institusional çevriliş kimi səciyyələndirilə bilər", - partiyadan bildirilib.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur