“Tesla” şirkəti ABŞ-da 27 min "Cybertruck" elektrik pikapını geri çağıracağını bildirib.
QÜTB.AZ xəbər verir ki, buna səbəb arxa kameralardan görüntülərin alınmasında gecikmənin olmasıdır.
Belə ki, bu da sürücünün görmə qabiliyyətini zəiflədə və beləliklə qəza riskini artıra bilər.
Bütün bunlar insan həyatı üçün ciddi təhlükədir. Bu avtomobillərdə geriyə hərəkət başladıqdan sonra görüntü iki saniyə gecikə, ekran səkkiz saniyə ərzində boş qala bilər.
Aysel