ABŞ-nin Florida ştatının "Milton" qasırğasının vurduğu ziyan və onun nəticələri təxminən 50 milyard dollar dəyərində qiymətləndirilə bilər.
QÜTB.AZ xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
"Mütəxəssislərə görə, qasırğa təxminən 50 milyard dollar ziyan vurub", - deyə ABŞ prezidenti qeyd edib.
C.Bayden qeyd edib ki, hakimiyyət Floridada enerji təchizatının bərpasına və dağıntıların təmizlənməsinə diqqət yetirir.
Qeyd edək ki, 3-cü kateqoriyaya aid olan "Milton" qasırğası oktyabrın 9-u yerli vaxtla saat 20:30-da Siesta-Ki yaxınlığında Florida ştatının qərb sahilində başlayıb. Küləyin sürəti 193 km/saata çatıb.
Qasırğa nəticəsində azı on nəfər ölüb.