Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa və kommunikasiyaları indi də açmağa hazırdır.
Publika.az xəbər verir ki, bunu Antalyada keçirilən diplomatik forumda Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.
"Sərdar razılaşarsa, bu gün bunu elan edə bilərik. Ümid edirəm ki, razılaşarsınız və bu forum tarixi olacaq. 2022-ci ilin iyul ayında Sərdarla mən quru sərhədini 2023-cü ilin yayında üçüncü ölkə vətəndaşlarına, daha sonra isə diplomatik pasport sahiblərinə açacağımızı elan etdik. Təəssüf ki, bu hələ baş verməyib”, - deyən Rubinyan əlavə edib ki, Ermənistan tərəfində bütün infrastruktur buna hazırdır.
O qeyd edib ki, əgər iki ölkə münasibətləri normallaşdırmaq və barışmaq istəyirsə, o zaman iki ölkənin xalqları bir-biri ilə əlaqə saxlamalıdır. Rubinyan əlavə edib ki, təcrid tarixi stereotipləri gücləndirir və tərəflərin maraqlarına əsaslanmır.
Onun sözlərinə görə, bu, Ermənistan-Azərbaycan trasında danışıqlara müsbət təsir göstərəcək.
Öz növbəsində Kılıç Rubinyanı gələn həftə İrəvanda görüşməyə və “tarixi hadisə yaratmağa” dəvət edib.
Tural