“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin ölkədaxili və Abşeron dairəvi marşrutları ilə bu ilin sentyabr ayında 809 minə yaxın sərnişin daşınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 29 % çoxdur.
QÜTB.AZ xəbər verir, bu barədə ADY məlumat yayıb.
Hesabat ayında Abşeron dairəvi marşrutu ilə 770 977 nəfər (ötən ilin sentyabr ayının göstəricisindən 28 % çox), Bakı-Ağstafa-Bakı marşrutu ilə 34 509 nəfər (46 % çox) və Bakı-Qəbələ-Bakı marşrutu ilə 3 500 nəfər (53 % çox) daşınıb.
Eyni zamanda, sentyabrda qatarla 2 448 turist səfər edib ki, bu da bir il əvvəlki göstəricidən 47 % çoxdur.