Şimali Koreya dövlət televiziyası bağçılıqla bağlı BBC-nin proqramını yayımlayıb.
Publika.az xəbər verir ki, “Bağ sirləri” adlı proqramın 2010-cu il versiyasını yayımlayan Şimali Koreya televiziyası Alan Titçmarş cins şalvarına senzura tətbiq edib.
“Blue jean” adlanan bu şalvarlar Şimali Koreyada Qərb imperializminin simvolu hesab olunduğu üçün qadağandır.
Verilişin aparıcısı Alan Titçmarş bu vəziyyətə yumoristik reaksiya verib və bunun onun “reputasiyasını artırdığını” deyib.
Qeyd edək ki, Şimali Koreyada cins şalvara qadağa 1990-cı illərdən başlayıb. Şimali Koreya administrasiyasının fikrincə, bu şalvarın sosialist dövlətində yeri yoxdur.
Roza Şəfiyeva