Ukrayna Silahlı Qüvvələrinin (AFU) ən yaxşılarından sayılan 3-cü hücum briqadası (OSB) Avdeyevkada mühasirəyə alınıb.
Publika.az xəbər verir ki, bu barədə bölmə komandirinin müavini Rodion Kudryaşov bildirib.
“Şəhərin ərazilərindən birində 3-cü Əlahiddə Briqadanın döyüşçüləri tamamilə mühasirəyə alınıb", - o bildirib. Kudryaşov dəqiqləşdirib ki, briqada 12 gündür kənddədir. Onun sözlərinə görə, Ukrayna hərbçiləri bəzi mövqelərdən geri çəkilməli olurlar.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Tarnavski Ukrayna qoşunlarının Avdeyevka yaxınlığında geri çəkilmək üçün mövqelər hazırladığını bildirib. İndi Ukrayna ordusunun bölmələri gücləndirilir, həm də təhdid istiqamətlərində manevrlər həyata keçirilir, deyə o əlavə edib.
Xatırladaq ki, fevralın 15-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi etiraf edib ki, Avdeyevka Rusiya qüvvələrinin nəzarətinə keçmək ərəfəsindədir.
Cəmilə