29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Türkiyə Təhlükəsizlik Şurasında müzakirə: Bakı ilə İrəvan arasında...

29 may 2024 10:00
GÜNDƏM
ads

Türkiyə Təhlükəsizlik Şurası ümid edir ki, Bakı ilə İrəvan arasında danışıqlarda müsbət irəliləyiş sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasının yekunları üzrə verilən rəsmi məlumatda deyilir.

“Biz bir daha Azərbaycan və Ermənistan arasında danışıqlarda müsbət irəliləyişlərin sülh müqaviləsinə gətirib çıxaracağına ümidvar olduğumuzu bildirdik və davamlı sülhün bərqərar olması üçün bütün xoşməramlı səyləri dəstəklədik”, - deyə bəyanatda bildirilir.

"Ankara dəfələrlə bəyan edib ki, Bakı ilə İrəvan arasında 2022-ci ildən müzakirə olunan sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına kömək edəcək", - deyə Türkiyə mediası xatırladır.

Adəm Abbaslı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur