Ötən gecə Sumqayıtda baş verən bıçaqlanma hadisəsinin bəzi detalları üzə çıxıb.
QÜTB.AZ "Sumqayıt24"ə istinadla xəbər verir ki, hadisə namus üstündə baş verib.
İddia olunur ki, ürəyindən bıçaqlanan 40 yaşlı Xəyal Xiyalıyev gənc xanıma sataşıb. Xanım bunu nişanlısı 24 yaşlı Elşən Nağıyevə danışıb. Elşən isə Bakıdan gedərək, kişini evinin önündə bıçaqlayıb.
X.Xiyalıyev ağır vəziyyətdə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə təxliyə olunub.