Rusiya Dövlət Duması iyulun 31-də keçirilən iclasında hərbi uçota durmayanların vətəndaşlığının ləğv olunmasını nəzərdə tutan qanunu qəbul edib.
Qutb.az xəbər verir ki, qanun layihəsinə əsasən, daxili işlər orqanları Rusiya vətəndaşı olmaq istəyən şəxslər barədə hərbi qeydiyyat dəftərinə məlumat verməli olacaq.
Qeyd edək ki, Rusiyada hərbi qeydiyyatdan yayınan yeni vətəndaşlar 2023-cü ilin sonunda ilk dəfə olaraq vətəndaşlıqdan məhrum ediliblər.