Avstraliyanın cənubundakı Moonta şəhərində yaşayan qadın heç gözləmədiyi şəkildə milyonçu olub. Ad günündə qayınana və qayınatasından aldığı hədiyyə ona 2,3 milyon avro qazandırıb.
QÜTB.AZ xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat verib.
Xəbər görə, ad günü üçün hansı hədiyyə alacağını bilməyən ailə böyükləri gənc qadına lotoreya bileti alıblar. Qadın bir neçə gün sonra bileti yoxlamaq üçün lotereya ofisinə gedəndə 2,3 milyon avro qazandığını öyrənib.
Adının açıqlanmasını istəməyən qadın "Belə böyük bir mükafat qazandığıma inana bilmədim. Bu, hələ də çox real deyil. Bu, aldığım ən böyük hədiyyədir", deyərək hisslərini bölüşüb.
O, şanslı mükafatını necə xərcləyəcəyi ilə bağlı heç bir məlumat verməyib.
Roza