19.09.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

Sım kəndində aqroturizmin inkişafı: Dövlət Turizm Agentliyinin dəstəyi ilə yeni layihəyə start verildi

18 sen 2025 22:13
GÜNDƏM
ads
Advertisement

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən “Turizm sahəsində layihələrin maliyyələşdirilməsi üzrə 2-ci qrant müsabiqəsi”nin qalibi Ramiz Kəlbi oğlu Kəlbiyevin “Astara rayonunun Sım kəndində aqroturizmin inkişaf etdirilməsi və təşviqi” layihəsi uğurla icra olunmaqdadır.


Layihənin icrasına başlanması məqsədilə ilkin mərhələdə Sım kəndinə səfər təşkil edilmişdir. Ərazi ilə tanışlıq zamanı kəndin aqroturizm potensialı və kəndin layihə məkanı kimi seçilməsinin məqsədəuyğunluğu təsdiqini tapmışdır. Layihənin icrasında Dövlət Turizm Agentliyinin Lənkəran Regional Turizm İdarəsi də təşkilati dəstək göstərməkdədir. Səfər çərçivəsində layihənin icrasına rəsmi şəkildə start verilmiş, görüləcək işlər müzakirə olunaraq iştirakçılar arasında vəzifə bölgüsü aparılmışdır.

Səfərin məqsədi arıçılıq üzrə işlərin təşkili məqsədilə avadanlıqların quraşdırılacağı yerlərin müəyyənləşdirilməsidir. Müqayisəli baxış nəticəsində üç potensial sahə qiymətləndirilmiş və aqroturizmin inkişafı, avadanlıqlardan səmərəli istifadə imkanları, həmçinin onların mühafizəsi nəzərə alınaraq optimal yer seçilmişdir.

Səfər zamanı kənddə mövcud arıçılıq təsərrüfatlarına baxış keçirilmiş, arıçılığın spesifik xüsusiyyətləri, təsərrüfatlarda profilaktik tədbirlərin aparılması, qış mövsümünə hazırlıq, arıçılıq məhsullarının istehsalı və digər məsələlər ətrafında müzakirələr aparılmışdır. Eyni zamanda, konstruktiv baxımdan diqqətçəkici arı yeşikləri də nəzərdən keçirilmişdir.


Layihə çərçivəsində istifadə olunacaq avadanlıqların xüsusiyyətləri, miqdarı və keyfiyyəti barədə fikir mübadiləsi aparılmış, layihənin uğurla başa çatdırılması üçün rəy və təkliflər qeydə alınmışdır.

Kəlbiyeva Ülviyyə.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
155 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur